Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Siyasətçi başından güllələnərək öldürüldü

Tarix: 09-02-2024 21:58     Baxış: 3188 A- / A+
Ekvadorun Quayas əyalətinin Naranjal şəhərində bələdiyyə məclisinin üzvü Diana Karnero bələdiyyə iclasını tərk etdikdən sonra şəhərdəki pis yol şəraiti ilə bağlı video çəkərkən motosikletlə ona yaxınlaşan iki nəfərin onu başından vurması nəticəsində ölüb.

Hücum edənlərin tutulması üçün araşdırmalara başlanılıb.

Ekvadorlu məclis üzvü Diana Karneronun öldürülməsindən sonra Guayaquil bələdiyyə sədrinin müavini Blanca Lopez sosial mediada hisslərini paylaşaraq, "Bu bitməlidir, əyalətlərimiz və ölkəmiz üçün daha yaxşı günlər istəmək həyatımızı riskə atmaq demək deyil", - deyib.

Qeyd edək ki, siyasətçilərin qətlinin tez-tez baş verdiyi ölkədə 50 yaşlı Şura üzvü Çarbel Ruhana 24 oktyabr 2023-cü ildə öz evində güllələnərək öldürülüb. Duran şəhərində Bolivar Vera sentyabr ayında müəmmalı şəkildə yoxa çıxdıqdan bir gün sonra ölü tapılıb.

Həmçinin Manta şəhərinin meri Aqustin İntriaqo iyul ayında iş başında olarkən vurularaq öldürülüb. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar