Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çili hökuməti matəm elan etdi

Tarix: 07-02-2024 10:30     Baxış: 4165 A- / A+



Çili hökuməti ölkənin keçmiş prezidenti Sebastyan Pinyeranın ölümünü təsdiqləyib və milli matəm elan edib.
Manevr.az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Karolina Toa bildirib.
"Prezident Qabriel Boriç dövlət səviyyəsində dəfn mərasiminin keçirilməsi və milli matəm elan edilməsi ilə bağlı göstəriş verib", - deyə o, mətbuat konfransında bildirib.
Çilinin keçmiş prezidenti Sebastyan Pinyera ölkənin cənubunda helikopter qəzası nəticəsində ölüb.

Qeyd olunur ki, göyərtəsində 74 yaşlı siyasətçinin olduğu helikopter ölkənin cənubundakı Los Rios bölgəsində qəzaya uğrayıb. Göyərtədə dörd nəfər - ehtimal ki, Pinyera ailəsinin üzvləri olub. İlkin məlumata görə, üç nəfər sağ qalıb. Eks-prezidentin helikopteri şəxsən idarə etdiyi bildirilir.
Helikopter gölə düşərək batıb. Pinyera təhlükəsizlik kəmərini aça bilmədiyi üçün kabinədən tez çıxa bilməyib.
Xatırladaq ki, Sebastyan Pinyera iki dəfə - 2010-2014 və 2018-2022-ci illərdə ölkənin rəhbəri olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar