Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə sədrinin bacısına yenidən cinayət işi açıldı

Tarix: 06-02-2024 18:13     Baxış: 3167 A- / A+

Bakının Binəqədi rayonunda İlknur Əliyevanın barəsində daha bir dələduzluq əməli müəyyən edilib.
Manevr.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlknur Əliyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib.

İttihama görə, İlknur Əliyeva paytaxt sakini Şirin Abasova qarşı dələduzluq edib. Onun barəsində olan cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Zamir Bağırovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, İlknur Əliyeva Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın bacısıdır.
Bundan əvvəl İlknur Əliyeva bacısı Aytac Əliyeva ilə birlikdə mühakimə olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il, İlknur Əliyeva isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan İlknur Əliyevanın barəsində həbs qətimkan tədbiri seçilib.
O, məhkəmə zalından həbs edilib.
İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.
İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.
Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.
Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.
Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar