Xəbər lenti
Oğlunun toyunda “bomba həyəcanı” yaşayan general danışdı
Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucov oğlunun toyunda “bomba həyəcanı” yaşanması barədə xəbər vermişdik.
Qeyd edək ki, həmin olay zamanı generaldan qisas almaq istəyən keçmiş kursantı onun oğlunun toyu keçirilən şadlıq sarayına bomba qoyulduğu, yeməklərə zəhər qatıldığı barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib.
Manevr.az xəbər verir ki, general-mayor Elman Orucov Gununsesi.info-nun yaydığı məlumata reaksiya verib.
Uzun illər Azərbaycan Ordusunda xidmət etdiyini vurğulayan Elman Orucov bildirib ki, adının mediada belə xoşagəlməz hadisədə hallandırılmasından məyus olub:
“Mən həyatımın böyük hissəsini hərbi xidmətə həsr etmişəm. Saysız-hesabsız xidmətlərim var. Bunlar ola-ola istəməzdim ki, toyda yaşanan bir xoşagəlməz olayı yazasınız. Yazdıqlarınızda narazı qaldığım bir məqam var. İddia edirsiniz ki, guya toyda əməlli-başlı həyəcan olub, masaların altına baxılıb, hamı qorxu içində olub və sair. Yoxlamaya gələnlər mülki geyimli polislər olub. Sərbəst və müasir texniki avadanlıqlarla baxış edib, sakitcə gediblər. Ötən il də məhkəmə oldu və bitdi. Prosesdə zərərçəkən olmuşam və şikayətçi olmadığım üçün həmin zabitə şərti cəza verdilər. Mən şikayətçi olsaydım, indi o, 10 illik cəzasını çəkirdi. Nəzərə aldım ki, gənc leytenantdır, həyatı yaxşı başa düşmür. Ona görə də tutulmasının tərəfdarı olmadım. Bu gün o, zabit qismində xidmət edir”.
Gənc leytenantın ondan qisas almasının səbəbinə gəlincə, Elmar Orucov belə deyir:
“Mən 6 il rəis olduğum dövrdə 1200 nəfər kursant buraxılıb. Bunların arasından 1 narazı qalanın olması təbiidir. Mən onun gözündə problem olduğunu nəzərə alaraq, belə qərar vermişdim. Tağım komandiri olsaydı, ön xəttə düşmənlə üz-üzə qalmalı idi. Eynəyi – 3 idi. Dedim ki, get, tərbiyəvi işlə məşğul ol. O da razılaşdı. 4 ildən sonra bunu ürəyində saxlayıb. Narazılığını da bildirmədi. Birdən-birə qisas alması mənə ağır və şübhəli gəldi.
Mən onunla söhbət etdim. Dedim ki, niyə bu narazılığını mənə demirdin? Axı, nə qədər uşağa kömək eləmişəm. Bu, istər işində, istərsə də xaricdə təhsil məsələsində olub”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar