Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda generalın oğlunun toyunda bomba həyəcanı - Kimliyi bilindi

Tarix: 05-02-2024 17:11     Baxış: 3219 A- / A+
Manevr.az xəbər verir ki, yayılan məlumatda generalın kimliyi açıqlanmasa da, Gununsesi.info bu hadisənin təfərrüatını öyrənib.
Məlumata görə, söhbət Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucovdan gedir. Onun oğlu Məhəmməd Orucovun toyu Bakıdakı məşhur restoranlardan birində olub.
2013-2019-cu illərdə Hərbi liseyin rəisi olmuş Elman Orucovdan qisas almaq istəyən şəxs də onun rəhbərlik etdiyi dövrdə liseydə təhsil almış kursant olub.
Onun sözlərinə görə, 2018-ci ildə liseyi bitirəndən sonra təhsilini Daxili Qoşunların Hərbi Akademiyasında davam etdirmək istəyib.
Amma liseyin rəisi buna imkan verməyib. Onu Müdafiə Nazirliyində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasında ali təhsil almağa göndəriblər.
İllərlə liseyin rəisinin ona qarşı haqsızlıq elədiyini düşünən kursant ali təhsilini də bitirib, leytenant rütbəsində işə başlayandan az sonra Elman Orucovun oğlunun toyu olacağını eşidib və bu yolla ondan qisas almaq qərarına gəlib.
O, taksafondan “102”yə zəng edib ki, “restorana bomba qoyulub, yeməklərə zəhər qatılıb”.
Polislər də toyda yüksək vəzifəli şəxslərin, generalların iştirak etməsini nəzərə alaraq, informasiyanı inandırıcı sayıblar:
“Restoranda stolların altını, bəy-gəlin kürsüsünü, mətbəxi – hər yeri axtarıblar. Toydakı adamlar da təşvişə düşüb ki, nə baş verib?”
İnformasiyanın əsassız olduğu aydınlaşandan sonra “102”yə kimin xəbər verdiyi müəyyənləşdirilib və onun haqqında Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə cinayət işi başlanıb. Ona yekunda 5 il şərti cəza verilib.
General-mayor Elman Orucov da ondan şikayətçi olmayıb. Deyib ki, onu sakit təbiətli kursant kimi tanıyırdı. Ona gənc zabitlər üçün həmişə elit başlanğıc sayılan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasını seçməyi təklif edib.
Generalın sözlərinə görə, onu bu ixtisasa böləndə əksinə, ona yaxşılıq edib:
“Mən özümdən zabit kimi xidmətə oradan başlamışam. Düzü, buna görə məndən qisas almaq istəməsinə çox təəccübləndim".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar