Ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aparılmış araşdırmalarla qeyd olunan Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkimneonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaq əməliyyatın gecikdirilməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Xəbər lenti
Azərbaycanda körpə ölümünə görə cinayət işi açıldı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar