Xəbər lenti
Rəşadı vergi borcunu xəbər etdiyi üçün öldürüblərmiş...
Bakıda əlbir olaraq tanışları Rəşad Məmmədovu qətlə yetirən Ümidvar İbişov və Elvin Əliyevin məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, hər iki şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sözügedən cinayət hadisəsi 2020-ci ilin martında baş verib.
Cinayətə səbəb isə Rəşad Məmmədovun Elvin Əliyevin icra etmiş olduğu maliyyə əməliyyatları nəticəsində yaranmış külli miqdarda vergi borcunun dövlət büdcəsinə ödənilməsindən yayınması faktı ilə bağlı aparılan cinayət işində ifadə verməsi olub. E.Əliyev R.Məmmədovu özünə təhlükə görərək onu aradan qaldırmaq istəyib.
O, Ümidvarla söhbət edərkən “bunu öldürən olsaydı, canım qutarardı” deyib. Ümidvar isə “mən həll edərəm” deməklə Elvini razı salıb. Sövdələşməyə görə Ümidvar Elvindən 10 min manat almaqla Rəşadla guya narkotik vasitə qəbul edərkən onun “peredozdan” ölməsini təmin edəcəkdi. Lakin bu baş vermədiyi üçün Rəşadı boğmaqla öldürəcəyini bildirib.
Adıçəkilən şəxslər Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hyundai” markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürüblər. Onlar cinayətin izini itirmək üçün həmin gecə Rəşadın meyitini İsmayıllının Tubu kəndinə apararaq orada yandırıblar.
Maraqlıdır ki, cinayətkarlar Rəşadın şübhələnməməsi üçün onun evdən çıxarkən özü ilə geyim və zəruri əşyalar götürməsini də istəyiblər.
28 mart 2020-ci ildə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Aparılmış istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilmiş naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib. Bundan sonra cinayətkarlar ifşa olunub. qafqazinfo
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar