Sizin Reklam Burada
Xəbər lenti
24-10-2026
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

50 il axtarışda olan terrorçu ölüm ayağında özünü ələ verdi

Tarix: 29-01-2024 22:15     Baxış: 3232 A- / A+
50 il axtarışda olan terrorçu ölüm ayağında özünü ələ verdiYaponiyanın Kanaqava prefekturasında terror aktlarında iştirak etdiyinə görə 50 il axtarışda olan cinayətkar Satosi Kirisimo mədə xərçəngindən vəfat edib.

Məlumata görə, Kirisima radikal solçu Şərqi Asiya Silahlı Anti-Yapon Cəbhəsi təşkilatı tərəfindən həyata keçirilən silsilə terror aktlarında iştirak etdiyinə görə 50 il ərzində polis tərəfindən axtarışda olub. O, 1975-ci ilin aprelində Tokionun mərkəzindəki Koreya Sənaye və İqtisadiyyat İnstitutunun binasına bomba yerləşdirməkdə və partlatmaqda şübhəli bilinirdi.

Xəstəxanaya yerləşdirilərkən mədə xərçənginin son mərhələsi diaqnozu qoyulan kişi əsl adının Satosi Kirisima olduğunu bildirib və ölərkən əsl adı ilə ölmək arzusunda olduğunu deyib. Sübut kimi həmin şəxs Koreya Sənaye və İqtisadiyyat İnstitutunda partlayışın hazırlanmasının təfərrüatını danışıb. Bu barədə polisə məlumat verilib.

Polis DNT testi üçün ondan nümunə götürüb. Yanvarın 29-da səhər xəstəxana rəsmiləri Kirisimanın ölümünü elan ediblər. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar