Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Restorana oğurluğa gedib, içki içib yatan şəxsə hökm oxundu

Tarix: 29-01-2024 21:14     Baxış: 3174 A- / A+
Bakının Badamdar qəsəbəsində yerləşən restoranlardan birindən oğurluq etmək istəyən şəxsə hökm oxunub.

Hadisəni 1991-ci ildə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuş Rəşad Fərəcov (ad-soyad şərti) törədib.

Rəşad Fərəcov restoranda bir ildən artıq işləyib. Ofisiant kimi fəaliyyət göstərən həmin şəxsin restoranın sahibi ilə münasibətləri pisləşib və işdən azad edilib. Qisas almaq məqsədilə restorandan oğurluq etmək qərarına gəlib.

Bu məqsədlə obyektin əsas giriş qapısının şüşəsini sındıraraq içəri daxil olub. O, restoranda olduğu zaman spirtli içki qəbul edib, sərxoş vəziyyətdə müxtəlif əşyaları sellofan paketlərə yığıb, sonra zalda yuxuya gedib. Səhər saatlarında restoranın işçiləri onu zalda görüb, polisə məlumat veriblər.

Rəşad Fərəcov niyyətinin restoranda spirtli içki qəbul etməkdən ibarət olduğunu, əvvəlcədən oğurluq etməyi planlaşdırmadığını bildirib. Bütün əşyalar geri qaytarılıb və əməlindən peşmandır.

Məhkəmənin hökmü ilə Rəşad Fərəcov Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar