Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda kişi dostunu bıçaqladı: “Arvadı ilə münasibətimi bildi, bunu qəbul etdi”

Tarix: 24-01-2024 08:36     Baxış: 3174 A- / A+
Bakının Xətai rayonunda 1962-ci il təvəllüdlü Əsəd qısqanclıq zəminində tanışı Vasifə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Əsəd rəsmi arvadı, lakin faktiki ər-arvad kimi yaşamadığı Südabənin onun tanışı Vasiflə yaxın münasibətdə olduğunu öyrənib. Vasifin yaşadığı binanın qarşısına gələrək onu gözləyib.

Vasif həmin vaxt yaşadığı ünvandan gedərkən onu izləyib. Yolda özündə olan bıçaqla Vasifə xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vasifi tanıyır, əvvəllər onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb: “Südabə ilə 2010-cu ildə evlənmişəm, birgə nikahdan iki azyaşlı övladımız var. Vasiflə münasibətim yaxşı olduğundan evimə tez-tez gəlib-gedib. Bir müddət sonra Vasifin arvadımla münasibət saxlamasından şübhələnməyə başladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra arvadı Südabənin telefonunda Vasiflə yazışmalarını görüb və Südabənin ona xəyanət etdiyini başa düşüb: “Bu barədə Südabəyə dedim. Əvvəlcə etiraf etmədi, heç bir münasibətlərinin olmadığını söylədi. Təkidlərimdən sonra Vasifi sevdiyini dedi.
Südabə tez-tez müxtəlif bəhanələrlə evdən gedərək Vasiflə görüşüb. Vasiflə danışanda dedim ki, Südabədən əl çək. Amma o, sözlərimə məhəl qoymadı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü il yanvar ayının əvvəllərində arvadı Südabənin mobil telefonunda yenidən mesajları görüb və əsəbləşərək onu döyüb: “Südabə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə şikayət etdi. Lakin sonradan barışıq ərizə yazdı. Şikayətə görə qanunsuz olaraq 8 yanvar 2023-cü ildə narkotik vasitələrdən istifadə etməyimlə bağlı Xətai Rayon Məhkəməsinin qərarı ilə mənə 15 gün inzibati həbs cəzası verildi”.

Əsəd bildirib ki, yanvarın 23-də inzibati həbsdən çıxdıqdan sonra evə gəlib: “Yenə Südabə ilə danışdım, sərbəst həyat yaşamaq istəyirsə, boşanmağı təklif etdim. Bir müddət sonra o, uşaqları da götürərək məndən ayrı yaşamağa başladı. Südabənin Vasiflə münasibətinin davam etdiyini başa düşdüm”.

Əsəd deyib ki, iyulun 13-də yaşadığı evdən mətbəx bıçağı götürüb, şalvarının sağ tərəfinə qoyaraq evdən çıxıb: “Həmin tarixdə saat 18 radələrində Vasifin yaşadığı Xətai rayonu, G.Şıxlinski küçəsindəki binanın qarşısına gəldim. Vasifin məni tanımaması üçün kənarda dayandım və ağzıma qara rəngli tibbi maska geyindim.

Təxminən 15 dəqiqə sonra saat 19:00 radələrində Vasifin yaşadığı binada blokdan çıxdığını gördüm. O, blokdan çıxaraq mənə tərəf yox, əks tərəfdə, yuxarıya doğru getməyə başladı. Onun arxasınca getməyə başladım. Arxadan yaxınlaşdım. Əlimdə olan bıçaqla sağ bel nahiyəsindən 1 dəfə vurdum. Zərbənin təsirindən qışqıraraq məndən kənarlaşdı. Bu zaman ağzımda olan tibbi maskanı aşağı çəkərək özümü göstərdim.

Peşman olduğumu desəm, namusuma və qeyrətimə zidd olar. Polisə özüm təslim olmuşam. Bıçağı həmişə üstümdə gəzdirməmişəm, həmin gün götürmüşəm. Spirtli içki də içməmişdim.

Südabə özü Vasiflə münasibəti olduğunu etiraf etmişdi. Xəyanətə görə onu döymüşəm. Məni Vasif və dostları döysə də, onlar barəsində cinayət işi başlanmadı. Vasifə cəmi 1 bıçaq zərbəsi vurmuşam”.
İş üzrə zərərçəkmiş Vasifin sözlərinə görə, Əsəd əvvəllər onun yaşadığı məhəllədə qalıb: “Məni qonşu kimi yaşadığı evə çay içməyə dəvət etdi. Dəvəti qəbul edib onun evinə getdim. Sonra bir neçə dəfə də Əsədin evində oldum.

Əsəd həm narkotik vasitələrdən istifadə edir, həm də satırdı. Mən narkotik vasitələrindən istifadə etdiyimdən Əsədin evinə narkotik üçün getmişəm. Hazırda reabilitasiya mərkəzində müalicə alıram. Əsədin evinə gedəndə arvadı Südabə ilə də tanış oldum.

Əsədgilin evində həmişə narkotik vasitə istifadəçilərini görürdüm. Bir neçə dəfə Əsədə iradımı bildirdim, ailəsi yaşadığı evə çoxlu adam gətirməməli olduğunu dedim. Amma sözlərimə məhəl qoymadı. Südabə də mənə hər dəfə Əsədin onu incitməsindən, vəziyyətlərinin pis olmasından şikayətlənirdi”.

Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra Südabə ilə münasibəti yaranıb: “Əsədin bizim münasibətlərimizdən məlumatı vardı. Onlar 4-5 dəfə kirayə yaşadıqları evləri dəyişirdirmişdilər. Əsədin hərəkətlərinə görə ev sahibləri onları evdən çıxarırdı.

Sonuncu dəfə Südabə uşaqlarla birlikdə binanın blokunda Əsəddən ayrı yaşamağa başladı. Buna görə televiziyadan gələrək onları çəkdilər. Çəkilişdən sonra Südabəyə yardım göstərilməyə başlandı. O, uşaqlarla birlikdə ayrı evdə yaşamağa başladı. Əsəd yenə də tez-tez Südabəyə zəng edərək onu narahat edirdi. Mənim də Südabə ilə münasibətim davam etdi”.

Vasif deyib ki, iyulun 13-də yaşadığı evdən çıxıb, 150-200 metr getdikdən sonra qəflətən belinin arxa sağ tərəfindən nəsə bir şeyin dəydiyini hiss edib: “Mənim Südabə ilə münasibətimi Əsəd də bilib və bunu qəbul edib. Südabə ilə aramızda sevgi olub”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsəd 4 il müddətinə azadlıqdan məhrum edilib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar