Xəbər lenti
Borc üstündə düşən dava: Sinif yoldaşını yataqda öldürdü

2021-ci il dekabrın 31-də Səməd Vurğun küçəsindəki 116 saylı binanın zirzəmisində 1989-cu il təvəllüdlü Şahmar Balayevin meyiti aşkarlanıb. Bundan təxminən 5-6 saat sonra 20-ci polis bölməsinə gələrək könüllü təslim olan 1988-ci il təvəllüdlü Asim Nəcəfov cinayəti törətdiyini etiraf edib.
İstintaqla müəyyən edilib ki, Asim Nəcəfov sinif yoldaşı kimi uzun müddət dostluq etdiyi Şahmar Balayevə 2018-ci ildə borca 400 manat verib. Dəfələrlə pulunu geri tələb etməsinə baxmayaraq, sonuncu borcunu qaytarmayıb, hər dəfə onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib. Buna görə dekabrın 31-də saat 12:00 radələrində yaşadığı mənzildən ov bıçağını götürüb Səməd Vurğun küçəsindəki 116 saylı binanın 7-ci blokunun zirzəmisinə gəlib. Yuxudan oyanan Şahmar Balayevin başına və qollarına əvvəl bıçağın dəstəyi ilə zərbələr vurub. Onun sinəsinə və bədəninin digər nahiyələrinə çoxsaylı zərbələr endirib. Asim Nəcəfov Şahmar Balayevi qəsdən öldürüb.
Məhkəmə iclasında Asim Nəcəfov ittiham üzrə özünü qismən təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Nəcəfov 16 il müddətinə azadlıqdan məhrum olunub. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar