Oktyabrski rayon məhkəməsi qeyri-qanuni mühacirlərin Sankt-Peterburqda qalmasına kömək edən mütəşəkkil cinayətkar qruplaşmanın lideri və polis əməkdaşını həbs edib.
Rusiya KİV-i bildirir ki, Peterburq şəhər məhkəmələrinin birgə mətbuat xidməti yanvarın 13-də Firuzjon Ravşanov və Fərhad Əliyevin həbsi barədə məlumat yayıb. Hər iki şəxs qanunsuz miqrasiyanın təşkilində ittiham olunub.
İş materiallarına görə, 2020-ci ilin yanvarından 2023-cü ilin dekabrına qədər Leninqrad vilayətinin Kinqisepp rayonundakı “Kurqala” turizm kəndində 9200 nəfər uydurma qeydiyyata alınıb.
İstintaqın məlumatına görə, mütəşəkkil cinayətkar dəstəni Özbəkistandan olan Ravşanov yaradıb və təmənnasız yardımı əslən azərbaycanlı, böyük rayon komissarı Əliyev verib. Araşdırmalara əsasən, F. Əliyev Rusiyada qalma müddətinin üç aydan bir ilə qədər uzadılmasına imkan verən miqrasiya qanunvericiliyinin pozulmasına görə öz xidməti vəzifəsindən istifadə edərək protokollar paylayıb. Bununla da guya Rusiyanı tərk etmədən işə düzəlmək istəyənlərə patent almaq üçün şərait yaradıb.
“Bundan başqa, Ravşanov protokol tərtib etdiyi üçün Əliyevə şəxsən 48 min rubl (təxminən 916 manat) rüşvət verib”, - məhkəmələrin mətbuat xidməti istintaqın mövqeyini bildirir.
Rəvşanov təqsirini qismən etiraf etsə də, Əliyev qanun qarşısında təmiz olduğunu israr edir. Hər ikisi ev dustaqlığı istəyiblər, amma məhkəmə razılaşmayıb. Məhkəmə onların barəsində martın 9-dək həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən şəxslər qanunsuz miqrasiyanın təşkili maddəsi ilə yanaşı, rüşvət almaq və verməkdə də ittiham olunurlar.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar