Xəbər lenti
Əməkdar jurnalist komaya düşdü

Əməkdar jurnalist Rəhman Orxan komaya düşdü.
Bu barədə Manevr.az-ın əməkdaşına uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkən Əməkdar jurnalistin oğlu Orxan məlumat verib.
Qeyd edək ki, jurnalist Sumqayıtdakı 2 nömrəli Xəstəxanada müalicə olunur.
Bildirək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin əməkdaşı, o cümlədən Qarabağ bölgəsi üzrə xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub.
Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.
2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.
Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar