Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ağsuda yanacaqdoldurma məntəqələrində suvenir pul təqdim edən şəxslər saxlanılıblar - Şəkillər

Tarix: 18-01-2024 16:14     Baxış: 4358 A- / A+
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində suvenir pullarla vətəndaşları aldadan  şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yanvarın 17-də gecə saatlarında şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn “Toyota” markalı avtomobilin sürücüsünün aldığı yanacaq qarşılığında üzərində “etibarsızdır” yazılan saxta əsginasları verməsi barədə polisə məlumat daxil olub.  Keçirilmiş tədbirlərlə həmin şəxslərin - Şamaxı rayon sakini, əvvəllər də oğurluq, quldurluq, eləcə də törətdiyi digər cinayətlərə görə məhkum olunmuş Famil İbadov və Abşeron rayon sakini Əkbər Kərimov olduqları müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, onlar iz itirmək məqsədilə yanacaqdoldurma məntəqəsinə daxil olmazdan əvvəl avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə ediblər. 

Saxlanılan şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji əməllər törətdikləri istisna edilmir. Onların bu kimi əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya ərazi polis orqanına müraciət edə bilərlər.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar