Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İranda həbs edilmiş Fərid Səfərliyə hökm oxuñdu

Tarix: 16-01-2024 20:52     Baxış: 3153 A- / A+


İranda həbs edilmiş Fərid Səfərliyə HÖKM OXUNDU

İranda həbs edilmiş Fərid Səfərli barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
 
Manevr.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
 
Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.
 
19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
 
Bununla yanaşı, İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır.
 
Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Respublikası Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar