Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə hərbi helikopter qəzaya uğradı — 13 hərbçi ölüb

Tarix: 01-06-2017 07:33     Baxış: 3349 A- / A+
Türkiyədə hərbi helikopter qəzaya uğradı

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
Manevr.az xəbər verir ki, hadisə mayın 31-də ölkənin cənub-şərqindəki Şırnak əyalətində baş verib. İlkin məlumatlara görə, hərbi helikopter havaya qalxdıqdan 3 dəqiqə sonra elektrik naqillərinə dəyib.

Hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb.

“Mayın 31-də, Şırnak əyalətində AS 532 COUGAR tipli hərbi helikopter qəzaya uğrayıb. Hərbi helikopter havaya qalxdıqdan bir müddət sonra yüksək gərginlikli elektrik naqillərinə dəyib və parlayıb. Hadisə zamanı 13 hərbçi həlak olub. Hadisəni araşdırmaq üçün xüsusi qrup yaradılıb”, - deyə Türkiyə hüquq-mühafizə orqanları məlumat yayıblar.

Hadisə ilə bağlı Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek “Twitter” hesabında başsağlığı yazıb:

“Qəzanı eşidərkən ürəyimizə köz düşdü. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Məkanları cənnət olsun”, - deyə Mehmet Şimşek yazıb.olke.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar