Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr yeni mərhələyə yüksəlib – Millət vəkili

Tarix: 11-01-2024 10:39     Baxış: 3155 A- / A+



Azərbaycanla ərəb ölkələri arasında əlaqələr son illər durmadan inkişaf edir. Bu mənada ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərdə yeni bir mərhələ yaşanır. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan münasibətlər hər iki ölkənin maraqlarına xidmət edir. Sözsüz ki, mövcud münasibətlərin daha da möhkəmlənməsində, əməkdaşlığın genişlənməsində hər iki tərəfdən edilən yüksək səviyyəli səfərlər mühüm önəm kəsb edir. Məhz bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri tarixi əhəmiyyət kəsb etməklə yanaşı əlaqələrin bundan sonrakı inkişafına da öz töhvəsini vermiş olacaq.
Manevr.az bldirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, ölkəmizə səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Birləşmiş Ərəb Əmirlikləri prezidenti geniş tərkibdə və təkbətək görüşlər keçirib: “Hər iki ölkənin liderləri müxtəlif sahələrdə əməkdaşlığın bundan sonrakı inkişafında maraqlı olduqlarını bəyan edib. Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanıyan Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr 1992-ci il sentyabrın 1-də qurulub. Bu müddət ərzində iki ölkə arasında 30-dan çox ikitərəfli müqavilənin imzalanması əlaqələrin xarakterini göstərən mühüm amildir. Hazırda Azərbaycan Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycanın sülh, dialoq, əməkdaşlıq mövqeyi dünya dövlətləri tərəfindən qəbul edilir. Bu xüsusda ölkəmizlə ərəb dövlətləri arasında mehriban münasibətlər mövcuddur”.
Deputat bildirib ki, Azərbaycanla ərəb ölkələri arasındakı əlaqələr müxtəlif beynəlxalq platformalarda o cümlədən, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də inkişaf etdirilir: “Ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinə dəstək ifadə edib. Bu mənada Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) üzvüdür. Eyni zamanda 2005-ci ildə Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb, Artıq Azərbaycan bu qurumda müşahidəçi statusa malikdir. Təbii ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr bir-birinin maraq və mövqelərinin müdafiəsi məsələsini də özündə ehtiva edir. Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müzakirəyə çıxardıqları antiazərbaycan qətnaməsinə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən sərt şəkildə etiraz edilməsi və bunun rədd olunması əlaqələrin xarakterini göstərən mühüm faktordur”.
Millət vəkili Prezident İlham Əliyevlə Birləşmiş Əərəb Əmirliklərinin prezidenti ilə görüşü zamanı ölkələr arasındakı əməkdaşlığın perspektivlərindən bəhs edildiyini vurğulayıb: “Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın çoxşaxəli olduğu bir çox sahələri əhatə etdiyi qeyd edilib. Enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atıldığı diqqətə çatdırılıb. 2023-cü ilin oktyabrında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğu xatırladılıb. Eyni zamanda imzalanmış Kontraktlar və Anlaşma Memorandumları əsasında Birləşmiş Ərəb Əmirliklərinin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulduğu bildirilib. Keçən ay Bakıda imzalanmış bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılmasına və informasiya-kommunikasiya sektoruna dair iki mühüm sənədin mahiyyətindən bəhs olunub. Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin Azərbaycana səfəri çərçivəsində də bir çox vacib yeni sənədlərin imzalanması qarşıda duran əməkdaşlıq perspektivlərinin hədəflərini göstərir”.
Aqil Məmmədov  vurğulayıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar da Birləşmiş Ərəb Əmirliklərində qəbul edilib: “Bütün bunlar onu göstərir ki, bu səfər zamanı keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin və əməkdaşlığın hədəfləri olduqca böyükdür. Sözsüz ki, bu Azərbaycanın artan geosiyasi mövqeyinə dəlalət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində məhz Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub ki, bu xüsusda ərəb ölkələri ilə də münasibətlərin xarakteri məhz milli maraqlara xidmət edir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar