Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ər içdi, xanımı sükan arxasına keçdi – Bakıdakı faciəvi hadisənin TƏFƏRRÜATI

Tarix: 09-01-2024 23:19     Baxış: 3196 A- / A+
Ötən ilin 11 sentyabr tarixində gecə saat 23:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində ağır yol qəzası törətmiş xanım sürücüyə hökm oxunub.

Sabunçu rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Zəminə İsmayılova Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə ifadə verən qadın bildirib ki, qəzanı törətdiyi avtomobil ərinə məxsusdur və hadisə baş verən gün o, həyat yoldaşı ilə birgə qayınatasıgilə qonaqlığa gedib. Qonaqlıqda ərinin spirtli içki qəbul etməsi səbəbindən qayınatasıgildən çıxarkən “Mercedes” markalı avtomobilin sükanı arxasına Z.İsmayılova özü keçib. O, avtomobillə Zabrat qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Telman Qasımovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Mərhumun ailəsi Z.İsmayılovadan şikayətçi olmaması barədə məhkəməyə yazılı müraciət təqdim edib.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Z.İsmayılova 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

O, cəzasını çəkəcəyi məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilib. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar