Xəbər lenti
İranda gənc qadına verilən dəhşətli cəza dünyada səs-küy yaratdı - Şəkillər
İranın paytaxtı Tehranda məcburi hicab qaydalarına əməl etmədiyi üçün gənc qadına verilən dəhşətli cəza dünya miqyasında səs-küy yaradıb.
İran parlamenti ictimai yerlərdə hicab taxmaqdan imtina edən qadınlara və onları dəstəkləyənlərə daha sərt cəzalar verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 70 maddədən ibarət qanun layihəsində hicab taxmayan qadınlara xidmət edən müəssisələrin sahibkarlarına və buna qarşı təşkilatlanan fəallara qarşı cəzalar artırılıb. “Cinayət mütəşəkkil şəkildə törədildiyi” halda “qanunu pozanlar” isə 10 ilədək həbs cəzası ala bilərlər.
Ötən aylarda Tehranda bu qaydaları pozan Röya Heşməti adlı qadın fəal 74 şallaq cəzasına məhkum edilib. Mövzu ilə bağlı açıqlama verən Röyanın vəkili bildirib ki, gənc qadın “əxlaqa zərər vermək”, “nalayiq məzmunlu paylaşım etmək” və “insanları korrupsiyaya təşviq etmək”də təqsirli bilinib.
İran məhkəməsi Röyanın “xarici təşkilatlarla” əlaqəsi olduğunu iddia etsə də, mövzu ilə bağlı təfərrüatı paylaşmayıb.
İranın aparıcı jurnalistlərindən olan Abbas Abdi kəsilən cəza haqqında fikirlərini bildirib.
“Bu qamçılar təkcə bir qadının bədəninə vurulmadı, normal azadlıqlarla yan-yana bir həyat arzusunda olan hər kəsə dəydi, artıq bəsdir”, - deyə o qeyd edib.
74 şallaq cəzasından əlavə Röya 12 aylıq həbs cəzasına məhkum edilsə də, sonradan bu qərar pul cəriməsi ilə əvəz edilib və gənc qadın təxminən 568 min manatdan çox təzminat ödəyib. oxu.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar