Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynadan Gerasimovun ölümü ilə bağlı məlumata münasibət

Tarix: 06-01-2024 10:49     Baxış: 4207 A- / A+



Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yanvarın 4-ü Krıma hücum zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Budanov yerli telekanalların birində bu məsələ barədə danışarkən deyib:"Belə desək, mən bunu təsdiq edəcək məlumata sahib deyiləm".
Gerasimovun ölümü ilə bağlı məlumat rəsmi olaraq təsdiq və yaxud təkzib edilməsə də, Rusiya Müdafiə Nazirliyinə yaxın "Война с фейками" teleqram kanalı bunu feyk adlandırıb. 
Qeyd edək ki, Rusiya tərəfindən ilhaq olunan Krım yanvarın 4-ü Ukrayna tərəfindən pilotsuz uçuş aparatları (PUA) və raketlərlə atəşə tutulub. Bunun son zamanlar baş verən ən genişmiqyaslı hücum olduğu bildirilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sevastopolda Rusiyaya məxsus idarəetmə məntəqəsini, eləcə də Pervomayskoye kəndi yaxınlığında sursat anbarlarını vurduğunu açıqlayıb. Bununla yanaşı, hücumdan sonra sosial şəbəkələrdə hadisə zamanı Valeri Gerasimovun öldüyü barədə məlumatlar yayılıb. Ukrayna Təhlükəsizlik Xidməti sözügedən məlumatı hələ ki şərh edə bilməyəcəklərini açıqlayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar