Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artistin itgin düşən qohumu öldürülübmüş - qatillər yaxalaıblar

Tarix: 29-08-2016 16:21     Baxış: 3455 A- / A+
Əməkdar artistin itgin düşən qohumu öldürülübmüş


İtkin düşmüş Bakı şəhər sakini Elnur Hümmətovu qətlə yetirmiş şəxslər tutulub.

“Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, adı çəkilən şəxslər isə tutulublar.

Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.


Əməkdar artistin itgin düşən qohumu öldürülübmüş


Xatırladaq ki, Aygün Bəylər “Öz aramızda” verilişinə müraciət edərək qohumunun tapılması barədə kömək istəmişdi:

“Elnur mənim əmimin nəvəsidir. Atası-anasıyla bir yerdə böyümüşük. Tərbiyəli uşaq idi. 2013-cü ilin mayından yoxa çıxıb. Həmin gündən axtarırıq. Atası dünyasını dəyişəndən sonra evdən gedib. Hərbi biletini, sənədlərini də özü ilə götürüb.

Amma axtarış vermişik, ölkədən kənara çıxmayıb. Musiqiçi idi. Buradan ona müraciət edirəm. Mənə zəng etsin, nömrələrimi bilir. Nənələri onun yolu gözləyir. Heç bir pis vərdişi yox idi. Nağarada ifa edirdi. Hər şeyə inanan, hamıya kömək edən biri idi. Mənim onun axtarışı ilə ciddi məşğul olmağa vaxtım yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar