Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sərnişin qapısı açıq avtobusdan yıxılıb ölüb? - BNA-dan AÇIQLAMA

Tarix: 31-05-2017 09:15     Baxış: 4384 A- / A+
Sərnişin qapısı açıq avtobusdan yıxılıb ölüb?



Bakı Nəqliyyat Agentliyi mayın 28-də 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin, paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin lent.az-a verdiyi məlumata görə, məlumat əsasında Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb. 81 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı Fikrət Əhmədov və həmin marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 978 Dövlət Qeydiyyat Nişanlı avtobusun sürücüsü Cavanşir Məmmədov Bakı Nəqliyyat Agentliyinə çağırılıb və izahatları alınıb: "Həmin izahatlara əsasən sərnişin C. Haqverdiyev avtobus dayanacaqda dayandığı zaman avtobusdan düşən digər sərnişinə yol vermək istəyərkən müvazinətini itirərək yıxılıb. Bundan dərhal sonra sürücü ərazi üzrə polis bölməsinə və təcili tibbi yardıma məlumat verib və sərnişin xəstəxanaya çatdırılıb. Sürücü C. Məmmədov polisə ifadəsində də sərnişinin avtobusun qapısının açıq vəziyyətdə idarə edilməsi nəticəsində yıxılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib. Ümumiyyətlə isə avtobus hərəkətdə olarkən qapısı bağlı vəziyyətdə olub".

Hazırda faktla bağlı Bakı şəhəri Nizami rayonu Polis İdarəsində istintaq araşdırması aparılır. Hadisənin əsl baş vermə səbəbi də yalnız bundan sonra məlum olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar