Xəbər lenti
Bakıda və İmişlidə ev, Şamaxıda isə traktor yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.
Manevr.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda, dünən axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.
FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Samux rayonunda isə vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb. İkinci qoşqu və qoşquya yığılmış 3 ton ot bağlaması yanğından mühafizə olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































