Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ana 17 yaşlı qızını yatdığı yerdə başından güllə ilə vurdu - DƏHŞƏTLİ CİNAYƏT

Tarix: 29-08-2016 15:12     Baxış: 3579 A- / A+
Ana 17 yaşlı qızını yatdığı yerdə başından güllə ilə vurdu

Türkiyənin Balıkəsir bölgəsinin Manyas mahalında özəl mühafizə xidmətinin işçisi, 36 yaşlı Özlem Çağlar 17 yaşlı qızı Sinem Sözeni yatdığı yerdə ov tüfəngiylə başından vuraraq öldürüb.

Manevr.az teleqraf.com-a istinadən bildirir ki, ikinci həyat yoldaşından altı ay əvvəl ayrılan Özlem Çağlar ilk evliliyindən olan qızı Sinem Sözen və ikinci evliliyindən olan 6 yaşındakı oğlu ilə bir müddət əvvəl atası Mustafa Çağların evinə qayıdıb.

Psixoloji müalicə alan Özlem Çağlar dünən axşam saatlarında evdə olan ov tüfəngini götürərək qızı Sinem Sözenin yatdığı otağa girib. O, silahı qızının başına söykəyib və tətiyi çəkib. Silah səsindən sonra içəriyə girən Özlem Çağların atası Mustafa Çağlar nəvəsinin al qana boyandığını görüncə, dərhal polis və təcili yardıma məlumat verib. Hadisə yerinə gələn həkimlər gənc qızın həyatını itirdiyini bildiriblər.

Özlem Çağlar isə polisə: "Siz niyə gəldiniz, onu qaldırın, işə gedəcəkdi", - deyib. Bir aydır iş yoldaşlarına çox sıxıldığını və intihar edəcəyini söyləyən Özlem Çağlar həbs edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar