Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Turist 300 metr hündürlükdən yıxılsa da, sağ qaldı

Tarix: 21-12-2023 21:37     Baxış: 3369 A- / A+
turist-300-metr-hundurlukden-yixilsa-da-sag-qaldi
ABŞ-də turist qar uçqunu zamanı 300 metr hündürlükdən dərəyə düşüb və sağ qalıb.

Bu barədə “The New York Post” yazıb.

Hadisə Vaşinqtonun şimal-qərbində yerləşən Milli Olimpiya Meşəsində baş verib.

Nəşrin məlumatına görə, axtarış-xilasetmə qrupu 30 yaşlı səyahətçidən qəza siqnalı aldıqdan sonra onun axtarışına çıxıb. Mütəxəssislər ilkin olaraq zirvə yaxınlığında itkin düşən turistin izinə rast gəlməyib və uçqunun baş verdiyi yerdə axtarışlara başlayıblar.

Məhz bu anda xilasedicilər daşların yanında sayrışan işığı görüblər. Qeyd olunur ki, siqnal dərəyə düşən səyyah tərəfindən verilib. Turist helikopterlə təxliyyə edilib və yaxınlıqdakı xəstəxanaya çatdırılıb, ona lazımi yardım göstərilib. Həkimlər onun hipotermiyadan əziyyət çəkdiyini, bir neçə yerində cızıq olduğunu və qolunun sındığını deyib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar