Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kənddə müəllimlər barədə şayiə yayan şəxs həbs edildi

Tarix: 20-12-2023 15:40     Baxış: 3330 A- / A+

Qobustan rayonunun kəndlərindən birində müəllimlər barədə şayiələr yayan şəxs məsuliyyətə cəlb edilib.
Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məktəblərdən birinin direktoru, müavinləri və bir qrup müəllim iclas keçirərək kənd sakini, 1980-ci il təvəllüdlü İlqar Rəsulov (şərti) barəsində şikayət edilməsi haqda qərar qəbul ediblər.
Onların iddiasına görə, həmin şəxs həyat yoldaşını məktəbə müəllim vəzifəsinə işə düzəltmək istəyib. Lakin İ.Rəsulovun həyat yoldaşı MİQ imtahnından keçə bilmədiyi üçün vakansiyaya uyğun olmayıb. Bundan sonra İ. Rəsulov məktəbə gələrək müəllimləri və rəhbərliyi təhqir edib, həmçinin kənddə kişi müəllimlər barədə xoşagəlməz şayiələr yaymağa, onları nüfuzdan salmağa çalışıb.
Məktəbin tərtib etdiyi akt əsasında Qobustan Rayon Polis Şöbəsində araşdırma aparılıb və İ.Rəsulov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.
İ.Rəsulov ifadəsində bildirib ki, həyat yoldaşı əvvəllər məktəbdə müəllim işləyib, lakin sonra işdən çıxarılıb: “Bundan sonra oğlumu kənd məktəbindən çıxarmaq qərarına gəldim və onunla birgə kitablarını məktəbə təhvil verməyə getdim. Bu zaman kitabların verilmə prosesini videoya çəkmək istəyirdim. Məktəb rəhbərliyi buna görə məndən şikayət edib”.
Qobustan Rayon Məhkəməsinin qərarı ilə ona 5 sutka inzibati həbs cəzası verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar