Xəbər lenti
"Övladım Göyçay Mərkəzi xəstəxanasının həkimlərinin səhlənkarlığı nəticəsində öldü" - Ata
Manevr.az Göyçay rayon, Əli Səmədli küçəsi, ev, 24-də yaşayan Orxan Hüseynalı oğlu Əliyev tərəfindən redaksiyanın elektron poçtuna göndərilən şikayət məktubunu təqdim edir:
"Bildirirəm ki, övladım 07.02.2014-cü il təvəllüdlü Rüstəm Əliyev Göyçay rayon Mərkəzi xəstəxanasının bir neçə həkiminin və tibb personalının səhlənkarlığı nəticəsində vəfat edib.
Halı pisləşən övladım Ruslan 02 noyabr 2023-cü il tarixdə saat təxminən 18-30 radələrində Göyçay rayon Mərkəzi xəstəxanasının acil bölməsinə 39,5 qızdırmayla daxil olub. Uşaqdan hər -hansı bir yaxma, zəruri analizlər götürülməyib, xəstə müşahidə otağında saxlanılmayıb, heç bir müayinə aparılmadan sistem qoşub sonra ambulator şəraitdə evə buraxılıb. Gecə uşağın halı pisləşdiyi üçün səhərüzü yenidən xəstəxanaya aparmışıq. Xəstəxanada yenə də lazımi tibbi yardım göstərilmədi.
Saat 05-00 radələrində TƏBİBƏ zəng etdikdən sonra, həkimlər çağrılıb, onlar uşağa sistem, köçürüb, iynə vurublar. Elbrus adlı həkim düzgün olmayan qərar qəbul edərək xəstəyə dopamin vurdu. Uşağın vəziyyəti ağırlaşdı və Bakıya apardıq. Uşağın vəziyyəti ağırlaşdığı üçün Respublika Kliniki xəstəxanasında 3-4 saat qaldıqdan sonra dünyasını dəyişdi. Burada bildirdilər ki, uşağı Göyçay xəstəxanasında düzgün müalicə etməyiblər. Diaqnoz qoyulmadan, müayinə edilmədən, müalicə ediblər, ona görə səhhəti ağırlaşıb.
Müayinə və müalicə işlərinin düzgün təşkil edilməməsi, zəruri diaqnostika avadanlığı hesab edilən "Kate"müayinə avadanlığının işləməməsi, vaxtında övladıma dəqiq diaqnoz qoyularaq zəruri müalicələrin tam həcmdə aparılmaması, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməməsi və nəhayət peşəkar idarəçiliyin olmaması səbəbindən 3 noyabr 2023-cü il tarixdə 9 yaşlı uşağım vəfat etdi.
Məhkəmə Tibbi Ekspertizası və Patalogiya Anatomiya Birliyinin Yasamal rayon şöbəsi rəy verdi ki, övladımın ölüm səbəbi pnevmoniya xəstəliyi olmuşdur. Göyçay rayon xəstəxanasında 39 dərəcə hərarətili pnevmoniya xəstəsi olan uşağıma 9 ədəd sistem köçürüblər. Onun meyidi yarılanda bilindi ki, həmin maye ciyərlərinə yığılıb. Hansı ki, xəstənin hərarətinin olmasını nəzərə alınmamışdır.
Hazırda qızılca virusunun yayılmasını nəzərə alaraq həkimlər uşaqdan yaxma götürməlidilər. Nə rentgen, nə kate, heç bir müayinələr aparılmadan qızdırması ola-ola ona sistemlərin qoşulması ölümünə səbəb oldu. Xəstə uşağımın ayağı rentgen olunub. Xəstə övaladımın Bakı şəhərinə xəstəxanaya təcili çatdırlması üçün Göyçay xəstəxanasında uzun mübahisədən, 1 saatdan sonra ambulans maşın veriblər. Eləcə də ambulans avtomobilində ixtisaslı həkim olmadan ağır xəstəni Bakı şəhərinə gətirmişik.
Göyçay rayon Xəstəxanasının həkimlərinin səhlənkarlığı nəticəsində vəfat etmiş uşağın atası olaraq, mətbuat vasitəsi ilə başda Prezident cənab İlham Əliyev olmaqla hüquq mühafizə orqanlarından çox-çox xahiş edirəm, şikayətim tam, hərtərəli və obyektiv araşdırlıb ciddi tədbirlər görülməsinə tapşırılar verəsiniz. Qeyd edim ki, mən artıq hadisə barədə rəsmi olaraq şikayətlər etmişəm.
Əlaqə tel; 055 416-00-23"
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar