Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda "Məni bağışlayın, şef" yazıb müdirin kassasını oğruladı

Tarix: 18-12-2023 22:53     Baxış: 3262 A- / A+

Restoranda təmizlikçi işləmiş 1981-ci il təvəllüdlü Şuşa sakini Kənan (ad şərti) adlı şəxs maddi sıxıntıları səbəbindən oğurluq edib.

Bu məqsədlə o, gecə saat 4 radələrində işdə olarkən kafedəki seyfi sındırıb, oğurluq etmək fikrinə gəlib. Kənan balta ilə bir neçə zərbə vurmaqla seyfin qapısını qırıb və içərisində olan 4550 manat pulları götürüb.

Ordan çıxdıqdan sonra "WhatsApp" mobil tətbiqindən müdirinə mesaj yazaraq törətdiyi əməli etiraf etdib: "Şef salam. Siz özəl insansınız, mərdliyinizə və kişiliyinizə sonsuz güvənirəm, sizə hörmətim böyükdür. Ona görə sizə yazdım. Mənim içəridə-çöldə elə bir problemim var ki, məcburiyətdən belə bir iş görmüşəm. Kassadan pul götürmüşəm. Çox çıxılmaz vəziyyətdə idim. Onu bilin ki, sizinlə 3-4 aya görüşəcəm. Görüşüb götürdüyüm pulları verəcəm. Məni bağışlayın, şef".

Məhkəmənin hökmü ilə Kənan Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar