Xəbər lenti
Qazaxda sərxoş məktəb direktoru qəza törətdi- 2 NƏFƏR YARALANIB

Qazaxda kənd orta məktəbinin direktoru idarə etdiyi avtomobil ilə qəza törədib.
Manevr.az report-a istinadən məlumat verir ki, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Böyük Cəfərli kənd orta məktəbinin direktoru Almazov Fazil Hümbət oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən qarşıdan gələn digər “VAZ” markalı maşınla toqquşub. Nəticədə məktəb direktoru və digər avtomobildə olan sərnişinlərdən biri ağır xəsarət alıb. Onlar Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, hadisəyə məktəb direktorunun avtomobili sərxoş halda idarə etməsi səbəb olub. Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar