"Bakı Metropoliteni" QSC-nin 5-ci rəisi olmuş, 50 ilə yaxın müddət ərzində əmək fəaliyyətini bu nəqliyyat növünə həsr etmiş Cəfər Yusifov vəfat edib.
Bu barədə qurumdan bildirilib.
O, 1945-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini "Qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi" ixtisası üzrə bitirib.
C.Yusifov Bakı metrosunda 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb, sonra tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi olub, 1993-cü ilin noyabrında Nazirlər Kabinetinin Qərarı ilə metronun rəisi təyin edilib, 1997-ci ilə qədər bu vəzifədə çalışıb, sonrakı illərdə əmək fəaliyyətini metroda müxtəlif vəzifələrdə davam etdirib. Xəbər lenti
"Bakı Metropoliteni"nin sabiq rəisi vəfat etdi - Şəkil
C.Yusifov 2002-ci ildə ölkə Prezidentinin fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb, metroda göstərdiyi xidmətlərə görə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar