Zaqatalada dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb.
Manevr.az-ın apa-ya istinadən məlumatına görə, hadisə rayonun Muxax kəndində baş verib.
Kənd sakinləri, Muxax kənd 2 saylı tam orta məktəbin şagirdləri - 2012-ci il təvəllüdlü Məryəm Çingiz qızı Mahmudova, 2012-ci il təvəllüdlü Röyal Rövşən oğlu Gəncəliyev dərsə gedən zaman yolda çaqqalın hücumuna məruz qalıblar. Eyni anda çaqqal ərazidə olan daha üç nəfər kənd sakini - 1993-cü il təvəllüdlü Dilrubə Bayram qızı Tahirova, 1988-ci il təvəllüdlü Fatimə Zahid qızı Rəcəbova və 1986-cı il təvəəlüdlü Leyla Şaban qızı Ömərovaya hücum edərək xəsarət yetirib.
Hər iki şagirdə və kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) mavafiq yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Qeyd edək ki, çaqqal sakinlər tərəfindən öldürülüb. Çaqqaldan kənd baytar həkimi tərəfindən laborator nümunə götürülüb.
Xəbər lenti
Zaqatalada DƏHŞƏT: çaqqal dərsə gedən uşaqlara HÜCUM ETDİ: 5 yaralı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar