Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ata ögey qızını döyüb öldürdü

Tarix: 07-12-2023 22:01     Baxış: 4217 A- / A+
Pervouralskda ögey atası tərəfindən döyülən 2 yaşlı qız ölüb. Ana əvvəlcə polisi qızının sürüşmədən yıxıldığına inandırıb.

Rusiya mediası bildirir ki, körpənin ölümünü anası 23 yaşlı Viktoriya açıqlayıb. Uşağın bədənində çoxlu sıyrıqlar və qançırlar aşkarlanıb. Qadın əvvəlcə bunların uşağın yıxılması nəticəsində yarandığını bildirib. O, uşağın özünü yaxşı hiss etdiyi üçün zədədən sonra xəstəxanaya getmədiklərini söyləyib.

Daha sonra o, qızının bədənindəki izlərin necə yarandığını etiraf edib. Məlum olub ki, həmin xəsarət izlərini 27 yaşlı ögey atası qoyub. Cinayətkar avqust ayından onlarla birlikdə yaşayır.

İstintaq Komitəsi həm anaya (qəddar rəftar), həm də ərinə (qətl) qarşı iş açıb. Ögey atanın oğurluq və avtomobil oğurluğu da daxil olmaqla yeddi məhkumluğu var.
Viktoriyanın daha 2 övladı var: 4 yaşlı oğlan və hələ ki, 1 yaşı olmayan qız. Onlar uşaq sığınacağına yerləşdiriliblər. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar