Xəbər lenti
Axtarışda olan şəxs Azərbaycana gətirildi

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Belarusdan ölkəyə ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluq məlumat verilib.
Cəlilabad rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Əlzamin Mustafayev Belarus ərazisində saxlanılaraq noyabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar