Xəbər lenti
Restoranın kameralarını söndürdü, pulları oğurladı - Kassir tutuldu
Bakıda "Korsar" balıq restoranından oğurluq edən kassirə hökm oxunub.
Manevr.az-ın məlumatına görə, 1983-cü il təvəllüdlü Cavid Kamilov (ad-soyad şərti) 8 ildən artıq müddətdə "Korsar" restoranında kassir kimi fəaliyyət göstərib. 2023-cü ilin yay aylarına qədər sözügedən restoranda işləsə də, müəmmalı səbəblərdən işdən çıxarılıb. O, işsiz qaldığı üçün restorandan oğurluq etmək qərarına gəlib.
Belə ki, Cavid restoranın kassasında axşamlar pul saxlanıldığını və həmin pulun səhər iş başlayan zaman sayılıb götürüldüyünü bilib. Bu səbəbdən gecə saatlarında restorana daxil olaraq, oğurluq etmək qərarına gəlib.
Səhər saat 4.00 radələrində restoranın yanına gəlib, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra arxa tərəfində yerləşən mətbəxə açılan pəncərəni əli ilə itələyib açaraq, içəri daxil olub. Restorana daxil olduqdan sonra müşahidə kameralarını söndürüb. Daha sonra isə kassa olan hissəyə yaxınlaşaraq, 2.000 manat məbləğində pulu oğurlayıb və restoranı daxil olduğu kimi tərk edib.
Restoranın sahibi bu barədə DİN-in 102 xidmətinə məlumat verib. Bundan Cavid Kamilov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Cavid Kamilova 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar