Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Telefon zəngi ölümə səbəb oldu - Qusarda

Tarix: 27-05-2017 22:17     Baxış: 7513 A- / A+
Telefon zəngi ölümə səbəb oldu

Qusarın Yeni həyat kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Manevr.az xəbər verir ki, 53 yaşlı kənd sakini İman Mehdiyeviç Cəbrayılov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsində təmir işləri aparan zaman yıxılaraq dünyasını dəyişib.

İman Cəbrayılovun yıxılmasına ona gələn telefon zəngi səbəb olub. Mərhum telefonu götürən zaman üzərinə çıxdığı taxta dayaq ayağının altında qaçıb və o, yerə yıxılıb. Onun yanında olan həmkəndlisi, 55 yaşlı Balamət Cavid oğlu Balabəyov isə yüngül xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Balamət Balabəyov polisə ifadəsində günorta nahar fasiləsində İman Cəbrayılovla 1 şüşə spirtli içki qəbul etdiklərini bildirib.

Qusar Rayon Prokurorluğu faktın araşdırılmasına başlayıb. Mərhumun içkili olub-olmaması ekspertizanın rəyindən sonra məlum olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar