Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dürdanə Əliyeva məhkəmə zalında həbs edildi

Tarix: 20-11-2023 10:51     Baxış: 3221 A- / A+
Dürdanə Əliyeva məhkəmə zalında HƏBS EDİLDİ

Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
 
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
 
Prosesdən əvvəl sədrlik edən hakim Əli Məmmədov jurnalistləri zaldan çıxarıb, hökm qapalı elan olunub.
 
Hökmə əsasən, D.Əliyeva ittiham olunduğu maddələrlə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum edilib. Xanım müttəhim məhkəmə zalında həbs edilib.
 
D.Əliyevanın hökmdən sonra halı pisləşib, təcili tibbi yardımın müşayiəti ilə zaldan çıxarılıb.
 
Xatırladaq ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
 
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvət alma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.
 
İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib.
 
D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin o vaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib. N.Əliyeva isə məhkəmədə bütün qanunsuzluqlarda Dürdanə Əliyevanı ittiham edib.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar