Xəbər lenti
Tanış olduğu xanımla hoteldə gecələdi, menecerin pullarını oğurladı

1992-ci ildə Bakı şəhərində anadan olmuş Cavid Qənbərov (ad-soyad şərti) tanış olduğu xanımla sözügedən hotelə gedib.
Cavid qadınla hotelin 5-ci mərtəbəsində yerləşən otaqda birlikdə qalıb. O, birlikdə gecələdiyi Mehin (ad şərti) adlı qadın yatarkən otaqdan çıxıb və 5-ci mərtəbənin dəhlizində gəzərkən üzərində “depo” yazılmış qapının açıq olduğunu görüb. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin otağa daxil olub və hotel menecerinə məxsus əl çantasından pulqabının içərisindəki 537 manat pulu oğurlayıb.
Məhkəmənin qərarı ilə ona 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar