Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yanacaq məntəqəsində yanacaqdaşıyan maşın yandı - Video

Tarix: 18-11-2023 16:17     Baxış: 3314 A- / A+


   
Bakı şəhərinin Pirallahı rayonunda yanacaqdaşıyan avtomobildə yanğın baş verib.
Manevr.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 10 ton olan “Ford” markalı yanacaqdaşıyan avtomobil yanacaq dolduran zaman partlayışın baş verdiyi və məntəqə ərazisində yüksək yanğın təhlükəsinin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mümkün yanğının qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanacaqdoldurma məntəqəsi yanğın təhlükəsindən qorunub.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən məntəqənin 1 ədəd yanacaqötürən pompası yerindən çıxıb, yanacaqdaşıyan avtomobilin yanacaq çəninin lyuku yerindən çıxaraq yaxınlıqdakı birmərtəbəli mebel satışı mağazasının 10m² sahədə ondulindən ibarət dam hissəsi və tavanını dağıdıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar