Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Voronejdə polis azərbaycanlıların məclisinə basqın etdi - VİDEO

Tarix: 15-11-2023 14:22     Baxış: 3370 A- / A+


Voronejdə polis azərbaycanlıların məclisinə basqın etdi - VİDEO

Rusiya polisi Voronej şəhərində yerləşən restoranların birində azərbaycanlıların keçirdiyi məclisə basqın edib. 
Manevr.az-ın “Report”a istinadən xəbərinə görə, məclisdə iştirak edən şəxslərin sənədləri yoxlanılıb, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verilib.
 
Bundan başqa, bu yaxınlarda Rusiya hüquq-mühafizə orqanları ölkənin Sankt-Peterburq şəhərində yerləşən “Kurakina dacha” adlı restoranda azərbaycanlıların toyuna basqın edib. Nəticədə məclis yarımçıq qalıb. İlkin məlumata görə, Sankt-Peterburqun hüquq-mühafizə orqanlarının əməkdaşları məclisdə iştirak edən bütün şəxslərin sənədlərini yoxlayıblar. Beş nəfərin saxlanıldığı barədə məlumat verilib.

Rusiya polisinin kobud şəkildə keçirdiyi sadalanan əməliyyatlar bu ölkədə yaşayan azərbaycanlıların hiddətinə səbəb olub.
 
Qeyd edək ki, Rusiyada yaşayan soydaşlarımız, Azərbaycan diasporu Rusiyanın iqtisadi, siyasi, mədəni həyatında fəal iştirak edir. Onlar belə xarakterli tədbirlərin təxribat olduğunu düşünürlər.
 
Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar