Astanada Qazaxıstanın keçmiş iqtisadiyyat naziri yerli restoranlardan birində mübahisə zamanı həyat yoldaşını döyərək öldürüb.
Manevr.az-ın lent.az-a istinadla məlumatına görə, yerli Ulysmedia nəşri xəbər verir ki, hadisə dünən, noyabrın 9-da baş verib.
Bildirilir ki, Səltənət Nukenova həkimlər gələnə qədər dünyasını dəyişib. Keçmiş nazir Kuandıq Bışımbayev saxlanılıb.
Nəşrin məlumatına görə, restoranın yerləşdiyi mərkəz Bişimbayevlər ailəsinə məxsusdur. Hadisə şahidlərinin sözlərinə görə, cütlük noyabrın 8-də öz restoranlarına gəlib və orada VİP kabinələrdən birində bütün gecəni keçiriblər. Hər ikisi spirtli içki qəbul edib.
Yuxudan oyanan cütlük restoranda qalıb və istirahətlərini davam etdiriblər. Münaqişə noyabrın 9-da axşam saatlarında baş verib. Müəssisənin işçiləri fiziki zorakılığa çevrilən şifahi mübahisəni eşidiblər.
Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, mərhum astrologiya ilə məşğul olub və şəxsi bloqu varmış. Onun konsultasiyasının qiyməti, səhifəsindəki məlumatlara görə, təxminən 80 min tenge (təxminən 296 manat) təşkil edib.
Bışimbayev 2016-cı ilin may-dekabr aylarında Qazaxıstanın iqtisadiyyat naziri postunu tutub. 2018-ci ilin martında məhkəmə onu 346 milyon tenge (təxminən 1280 manat) məbləğində rüşvət almaqda, 1,2 milyard tenge (təxminən 4 milyon 440 min manat) büdcə vəsaitini mənimsəməkdə təqsirli bilib və 10 il müddətinə azadlıqdan məhrum edib. 2019-cu ildə keçmiş nazir şərti azadlığa buraxılıb. O, təqsirini boynuna almayaraq, dövlət başçısı (Nursultan Nazarbayev) qarşısında məsuliyyət daşıdığını bəyan edib, ondan və Qazaxıstan xalqından bağışlanmasını istəyib. Daha sonra o, hər zaman Nazarbayevə sadiq qalacağına söz verib. İşdə dövlət büdcəsindən oğurlanmış kimi üzə çıxan iki milyon dollar müstəntiqlər tərəfindən heç vaxt tapılmayıb.
Mərhum Nukenova Bişimbayevlə ötən il ailə həyatı qurub.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar