Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Kişi qoz yığmağa icazə verməyən ögey anasını döydü - CƏZA

Tarix: 05-11-2023 21:43     Baxış: 3383 A- / A+
Kişi qoz yığmağa icazə verməyən ögey anasını döydü - CƏZAAstara Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sahib Quluzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (şərti) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 19 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Astara rayonu ərazisində qeydə alınıb. Belə ki, Sahib Quluzadə ögey anası, zərərçəkmiş Kəmalə Quluzadə ilə mübahisə edib. Mübahisəyə səbəb isə təqsirləndirilən şəxsin ögey anasının həyətdəki qoz ağacından qoz yığmasına icazə verməməsi olub. Bu zaman o, qadına yumruqla zərbələr endirərək ona xəsarətlər yetirib. Hadisədən sonra Sahib Quluzadə cinayət məsuliyyətinə cəlb edilib. pravda.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar