Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əli Fərəcov vəfat etdi

Tarix: 05-11-2023 17:54     Baxış: 4424 A- / A+



"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin əməkdaşı Əli Fərəcov vəfat edib.
Manevr.az report-a istinadən xəbər verir ki, ötən gün səhər işə getmək adı ilə evdən çıxan 72 yaşlı Ə. Fərəcova zəng çatmadığı üçün ailə polisə məlumat verib.
Axtarışlar nəticəsində ailəsi bu gün günorta saatlarında mərhumun cansız bədənini anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapıb.

İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfatının ildönümü olub. Hər il olduğu kimi Ə.Fərəcov bu dəfə də anasının qəbrini ziyarət etməyə gedib.
Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.
Qeyd edək ki, uzun illər idman jurnalistikasında çalışmış Ə. Fərəcov 1951-ci il martın 29-da doğulub. Onun metropolitendə 45 ildən artıq təcrübəsi var. Uzun müddət "Metro" qəzetinin baş redaktoru olub.
Qəzet bağlanandan sonra isə qurumun mətbuat xidmətində redaktor kimi çalışıb. Təqaüdə çıxdıqdan sonra isə "Bakı metropoliteni" rəhbərliyi onun təcrübəsini nəzərə alaraq müqavilə əsasında əməkdaşlığa cəlb edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar