Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qadınları Türkiyədə satan Səkinə məhkəmə qarşısında

Tarix: 24-05-2017 22:12     Baxış: 5341 A- / A+
Qadınları Türkiyədə satan Səkinə məhkəmə qarşısında

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Manevr.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, ibtidai istintaq zamanı Səkinə Zamanovanın barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. Prokuror təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib.

Məhkəmə baxışı mayın 31-ə təyin edilib. Qeyd edək ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanova saxlanılıb və onun barəsində cinayət işi başlanıb. O, ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Bursa və İstanbul şəhərlərinə aparıb. Orada qadınları pul ödənişi müqabilində kişi müştərilərlə görüşdürüb, insan alveri edərək, pul qazanıb. Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb.lent.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar