Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dədə Süleymanın oğlu küçəyə atıldı

Tarix: 04-11-2023 12:13     Baxış: 4187 A- / A+


Dədə Süleymanın oğlu küçəyə atıldı
El içində “Dədə Süleyman” adıyla anılan mərhum xanəndə Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev çöllərdə səfil həyat yaşadığını, bacı qardaşlarının atasının mülkündən ona pay vermədiklərini bildirib.
Manevr.az-ın lent.az-a istinadla xəbərinə görə, Cümşüd Abdullayev bildirib ki, atası sağlığında yaşadığı evi ona verəcəyini desə də, onu həmin evə buraxmırlar. Bütün bunların səbəbkarı da bacısı Aygündür.
“Ailəmizin 3 evini bacım Aygün mənimsədi. Rəhmətlik atamdan üç ev qaldı. O üç ev ola-ola hazırda mən küçədə qalıram.  Aygün mənimlə danışmır. Bir-iki dəfə onun həyat yoldaşının yanına barışmaq üçün getmişəm, vəziyyəti danışmışam. Dedim ki, mənə bir daxma lazımdır ki, orada qalım. Amma onlar məni təhqir ediblər. Mənim Rövşən adında bir qardaşım da var. Onunla əlaqəm var, danışırıq. Bütün bu problemlərin başında bacım dayanır”.  
Atam vəfat etməzdən əvvəl mənə söylədi ki, sən bacının ərini vurmusan. Götür pencəyini, evi də ver onlara, özün də oradan çıx. Məndə elə etdim. O evin qiyməti isə 200 min manatdır.  Atam  demişdi ki, Prezident tərəfindən ona bağışlanmış evi mənə verəcəyəm. Digər ev Yasamal ərazisində yerləşin. Həyət evidir. Atamın vəfatından 40 gün sonra oradan məni məcbur çıxartdılar. Mənə ora getməyə qadağa qoyublar”,- deyə Cümşüd Abdullayev bildirib. 
Sənətkarın oğlu bildirib ki, bacısı Dədə Süleymana Prezident tərəfindən bağışlanmış evin etibarnaməsini öz adına keçirib.

“Kürdəxanada, həbsdə olanda bacım zəng vurub ağlayaraq məndən Cənab Prezidentin atama bağışladığı evin etibarnaməsini istədi. Bacım şəxsən özü atama zəng vurub bunu deyə bilmirdi. Ona görə ki, atam Dədə Süleyman bacımı 20 il danışdırmayıb. Çünki o gələcək həyat yoldaşına qoşulub qaçmışdı. Bacım söylədi ki, atamız yaşlı kişidir. Ona-buna mülk paylayır. Birdən götürər bu evi də kiməsə verər”.  
Cümşüd Abdullayev qaynını bıçaqladığına görə həbsdə yatıb. O iddia edir ki. bacısının tələbi ilə onu psixiatrik xəstəxanaya da yerləşdiriblər.
“Atam vəfat etməzdən əvvəl qaynımı bıçaqladığıma görə, həbsə düşdüm. Aygün məni məcburən psixiatriya xəstəxanasına yerləşdirdi. Bunu onlardan pul və ev istədiyimə görə etdi”,- deyə Cümşüd bildirib.
Qeyd edək ki, Süleyman Abdullayev Füzuli rayonunun Qoçəhmədli kəndində  yerləşən ata mülkünü də aparıcı Nanə Ağamalıyevaya vəsiyyət edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar