Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda dəhşət: bankın qarşısında özünü yandırdı

Tarix: 24-05-2017 12:49     Baxış: 5379 A- / A+
Bakıda dəhşət: bankın qarşısında özünü yandırdı


Bakıda 50-55 yaşlı kişi özünü bankın qarşısında yandırıb.

Musavat.com xəbər verir ki, bankın müştərisi olan şəxs girovda olan evinin əlindən alınmasına etiraz edərək özünü yandırıb.

Hadisə "Bank Respublika"nın Neftçilər prospektindəki filialının qarşısında baş verib.

Özünü yandıran şəxs bankın mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Şahidlərin bildirdiyinə görə, özünü yandıran müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağımın deyilməsi olub.

Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla özünü yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alovun içərisində olan şəxsi söndürə biliblər.

50-55 yaşlarında olan şəxsin əsas qol, boyun və üz nahiyyələri yanıb. Təcili yardıma özü əyləşə bilən şəxs xəstəxanaya aparılıb.

"Bank Respublika"nın "Azneft" filialı hazırda fəaliyyətini dayandırıb. Polis əməkdaşları hadisə yerindədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar