Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ərli qadından şok əməl - Xəyanət etdi, sonra da...

Tarix: 24-10-2023 17:10     Baxış: 4267 A- / A+



Balakən rayonunda 1993-cü il təvəllüdlü İslam qonşusu Fatiməyə (adlar şərti verilib - red.) qarşı nalayiq ifadələr işlədib və xuliqanlıq edib.
Manevr.az teleqraf-a istinadla bildirir ki, hadisə Balakən rayonunun kəndlərindən birində baş verib.
Kənd sakini Fatimə Balakən rayon polis şöbəsinə müraciət edib. O, şikayətində qonşusu İslamın onu nalayiq sözlərlə təhqir etdiyini göstərib, onun barəsində təbdir görülməsini xahiş edib.
İslamın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
İslam izahatında göstərib ki, zərərçəkmiş Fatiməni tanıyır, onun qonşusudur: "2019-cu ilin yay aylarından Fatimə ilə münasibətim yarandı. Biz görüşmüşük, aramızda isti münasibətlərimiz olub. 2021-ci ilin avqust ayından Fatimə mənimlə görüşmək istəmədi. 2023-cü ilin yay aylarında yaşadığımız evin yaxınlığında yerləşən küçədə onu gördüm. Sözlə mübahisə etdik və onu döydüm. Bu əməlimə görə, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə 300 manat cərimə olundum".
Təqsirli bilinən şəxs deyib ki, bundan sonra Fatimə onunla görüşmək istəməyib: "Bu səbəbdən dəfələrlə aramızda mübahisə oldu. Oktyabrın ayında Fatiməni küçədə görəndə insanların olmasına baxmayaraq onu nalayiq sözlərlə söydüm. Əməlimdən peşman olmuşam. Bir daha belə hərəkətlərə yol verməyəcəm".
İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, 2019-cu ildə İslamla münasibəti yaranıb və onlar görüşərək intim münasibətdə olublar: "2020-ci ildə ərim bu barədə öyrəndi, evimdə söz-söhbət yarandı. Bu səbəbdən İslamla görüşmək istəmədim. Hadisədən əvvəlki vaxt yaşadığım evə tək gəldiyim zaman İslam küçədə məni görərək yaxınlaşdı və məni döydü. Atasının xahişinə görə ondan şikayətçi olmadım. O vaxtdan İslam məni hər görəndə mübahisə edib".
Zərərçəkmiş deyib ki, məlum hadisə günü saat 16 radələrində İslam onunla küçədə rastlaşıb: "İslam məni yenə nalayiq sözlərlə söydü. Mən özümü öldürmək dərəcəsinə çatmışam. Onun barəsində şikayətçiyəm, cəza almasını istəyirəm".
Balakən rayon Məhkəməsinin qərarı ilə İslam 10 gün müddətinə inzibati qaydada həbs cəzası alıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar