Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polkovnik həkim səhvinin qurbanı olub? - Detallar

Tarix: 23-10-2023 14:39     Baxış: 3358 A- / A+



Polkovnik Şəmsəddin Abışovun vəfat etməsi ilə bağlı bəzi detallar məlum olub.
Manevr.az Bakupost.az-a istinadən xəbər verir ki, o, oktyabrın 18-də həkim müayinəsi zamanı qəfildən dünyasını dəyişib.
Belə ki, Ş.Abışov məşhur xəstəxanalardan birinə ürəyini müayinə etdirməyə gedib. Prosedura uyğun olaraq əvvəlcə o, kardioqramma, sonra exokardioqrafiya (EXQ) olunub. Görünür, həkim daha bir müayinəni lazım bilib və stress test müyinəsinə yazıb.
Stress testdə pasiyent qaçır və bu ürəyinin iş yükünü hesablamağa imkan verir. Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur. Bu test zamanı insan orqanizmi daha çox işlədikcə ürək daha çox qan vurmağa məcbur olur və daha çox enerji sərf olunur.
Polkovnik Ş.Abışov bu müayinə vaxtı özünü narahat hiss edib. Həkim ona müalicə yazıb. Bundan sonra, o, oğluna zəng vurub və onu xəstəxanaya çağırıb. Ona özünü pis hiss etdiyini, maşını sürmək lazım olduğunu deyib. Bu danışıqdan bir qədər sonra Ş.Abışov xəstaxananın dəhlizində oturduğu yerdə özündən gedib. Onu təcili angioqrafiya (anju) müayinəsinə aparıblar və məlum olub ki, tromb əsas damarlarını tutub. Həkimlərin səyinə baxmayaraq, polkovnikin həyatını xilas etmək mümkün olmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar