
Xəbər lenti
Ermənistanda vəzifəli şəxslər güllələndi

Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Vurğulanıb ki, hadisə yerli vaxtla saat 17:00-da Qalusti Dzor istirahət zonasına gedən yolda baş verib. Bir neçə şəxs arasında yaranan dava zamanı 37 yaşlı Hayk Q. əlində olan avtomatdan bir neçə dəfə atəş açıb.
Nəticədə Aştarak şəhərinin vitse-meri Vardan Səfəryan və daha bir nəfər yaralanıb, onlar əvvəlcə yerli xəstəxanaya, sonra isə İrəvandakı tibb müəssisələrindən birinə aparılıblar.
Hadisənin təfərrüatına gəlincə isə, dava torpaq üstündə baş verib. Belə ki, 65 yaşlı Qalust Q, onun 37 yaşlı oğlu Hayk Q və Aştarak icmasının başçısı Tovmas Ş. görüşərək torpaq məsələsinə görə dava ediblər.
İcma başçısının adamları yerli sakinləri döyməyə başlayıb və bu zaman 37 yaşlı Hayk Q. üzərindəki avtomatla atəş açıb. Güllələr Aştarak şəhərinin vitse-meri, 52 yaşlı Vardan Səfəryana və 26 yaşlı Q. Qora dəyib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar