Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hindistanda kasıb gəlin toydan sonra qayınatasının pulunu oğurlayaraq evdən qaçıb

Tarix: 18-10-2023 06:48     Baxış: 4355 A- / A+

Hindistanın Haryana ştatında gəlin toydan sonra pul və zinət əşyalarını götürərək evdən qaçıb.


Gəlini bəyin atası, Bilaspur kənd sakini Aşok Kumar tapıb. O, kiçik oğlunu evləndirmək istəyib və dostunun məsləhəti ilə “aradüzəldənə” müraciət edib. Onun təklif etdiyi Priti adlı qız kasıb ailədən olub. Lakin Kumar bunu problem etməyib. O, cehiz istəməyəcəyini vəd edib və qızın qohumlarına maddi yardım edib.

“Rəsmi toy mərasimindən sonra mən yeni gəlinimlə evə qayıtdım. Toy da gecəyə kimi davam etdi, səhər isə oğlum işə getdi. Bundan sonra Priti yoxa çıxdı”, - deyə bəyin atası Aşok Kumar bildirib.

Qız qaçandan sonra Kumar evdə saxlanan qiymətli əşyaları yoxlayıb və orada 150 min rupi (təxminən 3 min manat – red.) çatmadığını görüb. Bundan əlavə, bəzi zinət əşyaları da yoxa çıxıb.

O, baş verənlər barədə “aradüzəldənə” danışanda o, Priti ilə əlaqə saxlamağa çalışacağına söz verib. Bundan sonra onun tanışı Kumarı hədələməyə başlayıb.

Sonda həmin Kumar polisə müraciət edib. İndi hüquq-mühafizə orqanları qaçan qızı axtarır. Bundan başqa, “aradüzəldən” qadın və onun tanışı da qanunu pozmaqda şübhəli bilinirlər. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar