Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

35 kiloqram narkotik dövriyyədən çıxarıldı - VİDEO

Tarix: 09-10-2023 16:31     Baxış: 3531 A- / A+

35 kiloqram narkotik dövriyyədən çıxarıldı - VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsində keçirilən əməliyyat zamanı 35 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib. Bölməyə əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Arafat İsmayılovun Qobu qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Evə baxış zamanı 7 kiloqram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 68 ədəd ümumi çəkisi 28 kiloqram çətənə kolu aşkarlanaraq götürülüb. A.İsmayılov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.
 
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Manevr.az
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar